Mədət Quliyev Penitensiar Xidmətdə işə yeni qəbul olunmuş gənclərlə görüşüb

Mədət Quliyev Penitensiar Xidmətdə işə yeni qəbul olunmuş gənclərlə görüşüb
# 07 mart 2013 15:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin Penitensiar Xidmətdə işə yeni qəbul olunmuş 12 gənc əməkdaşla görüşü keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə nazir müavini gənc əməkdaşlara son dövrlərdə Penitensiar Xidmətdə aparılan islahatlar barədə məlumat verib, xidmətin xüsusiyyətlərini nəzərə çatdırıb və gələcək işlərində uğurlar diləyib.

Daha sonra işə yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar Xidmətin tarix muzeyinə baş çəkib və maraqlı eksponatlarla yaxından tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR