Məleykə Abbaszadə: “Valideynlər ixtisas seçimində abituriyentlərə təzyiq edirlər” - FOTO

Məleykə Abbaszadə: “Valideynlər ixtisas seçimində abituriyentlərə təzyiq edirlər” - <span style="color: red;">FOTO
# 02 avqust 2013 09:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tibb ixtisaslarına nisbətən aqrar ixtisasları seçənlər ali məktəbi bitirdikdən sonra daha tez iş tapacaqlar. TQDK sədri qeyd edib ki, 500 baldan az toplayanların 890 yerin olduğu Tibb Universitetinə, xüsusən müalicə işinə qəbul olması şansları azdır: “Aqrar sahədə ixtisasları seçmək hüququ verilən abituriyentlərin sayı 3298 nəfərdir. IV ixtisas qrupu üzrə ayrılan vakant yerlərin 1051-i Bakıdakı, 1093-ü regionlardakı ali məktəblərin, 593-ü Azərbaycan Dövlət Aqrar Universitetinin, 330-u isə özəl ali məktəblərin payına düşür”.

M.Abbaszadə qeyd edib ki, birinci mərhələdə ixtisas seçiminin düzgün aparılması çox vacibdir. Onun sözlərinə görə, nisbətən yüksək bal toplayan abituriyent tutaq ki, daha yüksək bal tələb edən ixtisası seçir, qəbul ola bilmir: “İkinci mərhələdə isə hətta həmin abituriyentin seçdiyi ixtisas üzrə müsabiqə şərti yüksələ və o, qəbul olmaya bilər. Ona görə də valideynlər və abituriyentlər indidən məsələni müzakirə edib qərar verməlidirlər. Digər tərəfdən, valideynlər uşaqların sərbəst ixtisas seçiminə şərait yaratmalıdır. Məsələn, 600-dən yuxarı bal yığan bir qız mənə müraciət edib deyir ki, valideynlərim məni hüquqşünas ixtisasını seçməyə məcbur edirlər, bu balla ora daxil ola bilərəmmi. Həmin qız onu da yazır ki, arzusu əslində tərcümə ixtisası olub. Yəni çox vaxt abituriyentlər valideynlərin təzyiqi altında qalır. Valideynlər övladlarını cəmiyyətdə daha prestijli sayılan ixtisaslarda görmək istəyirlər. Tutaq ki, abituriyent biologiya müəllimi olmaq istəyir, yüksək bal toplayanda isə valideyn onun tibb ixtisaslarına sənəd verməsini istəyir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR