Mikayıl Cabarov Lənkəranda vətəndaşları qəbul edəcək

Mikayıl Cabarov Lənkəranda vətəndaşları qəbul edəcək
# 25 sentyabr 2013 08:31 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, qəbul sentyabrın 30-u, saat 11:00-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan şəxslər iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR