Mikayıl Cabbarov: “Sınaq qiymətləndirilməsindən keçmiş müəllimlər növbəti maliyyə ilində əmək haqlarında dəyişikliyi hiss edəcəklər” - VİDEO

Mikayıl Cabbarov: “Sınaq qiymətləndirilməsindən keçmiş müəllimlər növbəti maliyyə ilində əmək haqlarında dəyişikliyi hiss edəcəklər” - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2014 09:50 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir vurğulayıb ki, sınaq qiymətləndirilməsində müəllimlərin 14 faizi aşağı, 64 faizi qənaətbəxş, 18 faizi isə yüksək nəticə torlayıb: “Bu nəticələrin təhsil sisteminin yaxşılaşdırılmasına nə kimi təsir göstərdiyi aydın deyil. Amma hər bir müəllimin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq qərarların qəbul olunması üçün bu nəticələr çox vacibdir. Məsələn, dərs bölgüsü, sinif rəhbərliyi, müəllimlərin vəzifədə irəli çəkilməsi kimi məsələlərdə sınaq qiymətləndirilmənin nəzərə alına bilər. Hesab edirəm ki, bu, nəzərə alınmalıdır”.

M. Cabbarovun sözlərinə görə, məktəb direktorunun vəzifələrindən biri məktəbdə dərs yükünün bölgüsünün aparılması və optimallaşdırılmasına çalışmasıdır: “Lakin hazırkı mənzərə fərqlidir. Belə ki, bir çox müəllimlərin dərs yükü 1 “stavka”dan da aşağıdır. Belə olan halda əmək haqqının artırılmasının nə faydası? Ona görə də, bizin onun tərəfdarıyıq ki, əvvəlcədən dərs yükü optimallaşdırılsın, reallığı əks etdirsin. Bunun ardınca dərs saatının pul dəyəri qalxsın. Sınaq qiymətləndirilmə bununla bağlı ilk addım idi. Hazırda Bakıda sınaq qiymətləndirməsi yekunlaşdığına görə, güman edirəm ki, növbəti maliyyə ilində sınaq qiymətləndirilməsindən keçmiş hər bir müəllim bunu özünün əmək haqqında hiss edəcək. Sınaq qiymətləndirilməsi keçirilməyən regionlarda müəllimlərin əmək haqlarının artırılması məsələsi gündəmdə olmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR