Mikayıl Cabbarov şimal-qərb bölgəsində yaşayan vətəndaşlarla görüşüb

Mikayıl Cabbarov şimal-qərb bölgəsində yaşayan vətəndaşlarla görüşüb
# 28 avqust 2013 11:17 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil naziri Mikayıl Cabbarov Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər, əsasən müəllimlərin işə qəbulu, ucqar kənd məktəblərində işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiqi, bir təhsil müəssisəsindən digərinə köçürülmə, təhsil haqqından azad olunma, təhsil sənədlərinin tanınması, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu və digər məsələlərlə əlaqədar olub. Qəbulda 61 nəfər vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR