Milli Azərbaycan Tarixi Muzeyinə nadir eksponat daxil olub

Milli Azərbaycan Tarixi Muzeyinə nadir eksponat daxil olub
# 26 fevral 2015 09:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə Səfəvilər dövlətinin banisi, Azərbaycan hökmdarı Şah İsmayılın adından kəsilmiş gümüş sikkə - “sancaq” daxil olub.

AMEA-dan APA-ya verilən xəbərə görə, İranın cənubunda yerləşən Lar-Larican şəhərində dövriyyədə olan sözügedən sancaq Şah İsmayıl və Şah Təhmasibin dövrünə aiddir. Əşyanın saç sancağına bənzəməsinə baxmayaraq, vaxtilə ondan pul vasitəsi kimi istifadə ediblər.

Qeyd edək ki, bu növdə material muzeyin Numizmatika fondunda qorunan yeganə eksponatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR