Miqrasiya orqanlarına qəbul imtahanında 44 nəfər uğur qazanıb

Miqrasiya orqanlarına qəbul imtahanında 44 nəfər uğur qazanıb
# 10 iyun 2013 07:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 9-da miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilə xəbərə görə, imtahanda iştirak etmək istəyən 287 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 265 nəfəri imtahanda iştirak edib, 22 nəfər imtahana gəlməyib.

İmtahanın nəticələri dünən saat 15:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən, 44 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar. Ən yüksək nəticə 86 bal olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR