MQF İdarə Heyətinin növbəti yığıncağı keçirilib - FOTO

MQF İdarə Heyətinin növbəti yığıncağı keçirilib  - <span style="color: red;">FOTO
# 06 avqust 2013 13:16 (UTC +04:00)

Bakı-APA. Milli QHT Forumunun (MQF) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. MQF mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda yeni təşkilatların foruma qəbulu, qurtumun 15 illiyi ilə əlaqədar olaraq Təşkilat Komitəsinin yaradılması haqqında və cari məsələlər müzakirə olunub.

İlk olaraq 5 QHT ("Zəka” Ziyalılar Məclisi İB, İnsan hüquqları üzrə müstəqil monitorinq İB, Beynəlxalq Əlillər Cəmiyyəti İB, Azərbaycan Qaçqınlar Cəmiyyəti, “Xızır yurdu” İB) MQF-yə üzv kimi qəbul olunub. MQF-nin 15 illiyi ilə əlaqədar olaraq Təşkilat Komitəsinin yaradılması haqqında İH sədri Aydın Kərimov məlumat verib. Qərara alınıb ki, Təşkilat Komitəsi yaradılsın, Rauf Zeyni Komitənin sədri, İdarə heyətinin üzvləri isə Təşkilat Komitəsinin üzvləri təyin edilsin.

Qeyd olunub ki, hazırda 620 təşkilat MQF-nin üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR