MTN-in Heydər Əliyev adına Akademiyasında Bilik Günü qeyd olunub - FOTO

MTN-in Heydər Əliyev adına Akademiyasında Bilik Günü qeyd olunub - <span style="color: red;">FOTO
# 15 sentyabr 2014 12:26 (UTC +04:00)

Bakı-APA. Yeni tədris ilinin başlaması ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında da 15 Sentyabr - Bilik Günü qeyd olunub.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, əlaçı kursantlar tərəfindən təntənəli surətdə dövlət bayrağı qaldırıldıqdan sonra dövlət himni səsləndirilib.

Tədbirdə Akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov professor-müəllim heyətini və kursantları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və onun adını şərəflə daşıyan akademiya fəaliyyətə başladığı ilk gündən onun milli mənafelərə əvəzsiz xidmət ideyalarını, zəngin irsini yaşadan, qoruyub saxlayan və öyrənən, yeni nəsil zabitləri Azərbaycançılıq ruhunda tərbiyə edən və yetişdirən xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Hazırda dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun gündəlik nəzarəti və tələbkarlığı sayəsində akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi olaraq planlı şəkildə tədbirlər həyata keçirilir, tədris bazası və xidməti şərait daha da təkmilləşdirilir, bu elm ocağı durmadan inkişaf edir, şəxsi heyət yaradılmış şəraitdən maksimum səmərəli istifadə edərək daim yüksək nəticələrə nail olur.

Akademiya rəisinin birinci müavini yaxşı oxumaq, əməliyyat işinin və hərbçi peşəsinin sirlərinə dərindən yiyələnmək, hər an torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrinin icrasına hazır olmaq üzrə nazir Eldar Mahmudovun tövsiyə və tapşırıqlarını bir daha kursantlara çatdırıb.

Xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Akademiyada yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudova Akademiyanın rəhbərliyi və şəxsi heyəti adından dərin minnətdarlıq bildirilib.

Tədbirin sonunda kursantlar yeni biliklərə yiyələnmək üçün marş sədaları altında tribunanın önündən keçərək auditoriyalara yollanmış və Akademiyada tədris prosesinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR