Naxçıvanda 25 xəstə üzərində mürəkkəb açıq ürək əməliyyatı keçirilib

Naxçıvanda 25 xəstə üzərində mürəkkəb açıq ürək əməliyyatı keçirilib
# 01 mart 2013 11:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 23 fevral - 5 mart tarixlərində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müalicə Diaqnostika Mərkəzində 25 xəstə üzərində mürəkkəb açıq ürək əməliyyatları keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasından Rəşad Mahmudovun rəhbərlik etdiyi 30 nəfərlik mütəxəssis heyət tərəfindən aparılıb.

Əməliyyatlarla yanaşı, mərkəzdə 50-60 xəstəyə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsulları tətbiq olunacaq. Bu ərəfələrdə rezident və gənc həkimlərin praktik və nəzəri təcrübəsinin artırılması məqsədilə İzmir şəhərindən dəvət olunmuş professor Suat Buket tərəfindən treninq kursları keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR