Naxçıvanda iki nazirliyin səlahiyyətləri artırılıb

Naxçıvanda iki nazirliyin səlahiyyətləri artırılıb
# 27 noyabr 2015 14:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikasının Maliyyə və Mədəniyyət və Turizm nazirliklərinin səlahiyyətləri artırılıb.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərmanlar imzalayıb. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qanunvericiliyə uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə strukturuna daxil olan qurumlar vasitəsilə mədəni irsin qorunmasına, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına dövlət nəzarətini həyata keçirmək səlahiyyəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR