Nazir müavini: “Bakı məktəblərində müəllimlərin əməkhaqqı 35 faiz artıb”

Nazir müavini: “Bakı məktəblərində müəllimlərin əməkhaqqı 35 faiz artıb”
# 14 sentyabr 2015 08:32 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin “Sentyabr konfransı”nda çıxış edərkən deyib. O bildirib ki, Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb: “Hazırda bu fərq 6 faiz təşkil edir”.


C. Bayramovun sözlərinə görə, ilboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfər arasından 853 nəfər ibtidai sinif müəllimi “Promethean” lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR