Nazirlər Kabineti Gənclər Fondunun xərclər smetası və ştat cədvəlini təsdiq edib

Nazirlər Kabineti Gənclər Fondunun xərclər smetası və ştat cədvəlini təsdiq edib
# 12 mart 2013 14:17 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Nazirlər Kabineti Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun xərclər smetası və ştat cədvəlini təsdiq edib. NK-dan APA-ya verilən xəbərə görə, Gənclər Fondunun cəmi saxlanma xərci 250000 manatdır. Onun 119520 manatını fondun ştatda olan işçilərinin əməkhaqqı təşkil edir. Fondun ştat vahidlərinin sayı 14 nəfərdən ibarətdir.

Qərara əsasən Gənclər Fondunun saxlanması ilə bağlı xərclər cari ilin sonuna qədər ölkə prezidentinin 2012-ci il 2 mart tarixli sərəncamı ilə ötən ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış 5 milyon manatdan istifadəsiz qalmış 2139,7 min manat vəsait hesabına, 2014-cü ildən isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində funksional təsnifatın "Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət" bölməsinin "Digər kateqoriyalara aid edilməyən fəaliyyət" köməkçi bölməsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində təmin ediləcək.

Qərar martın 7-dən qüvvəyə minib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR