Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır
# 30 yanvar 2018 09:17 (UTC +04:00)

Təhsil Nazirliyində məktəblilərin Respublika fənn olimpiadalarının birinci mərhələsinin başlanılması ilə bağlı brifinq keçirilib.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, olimpiadanın birinci - rayon (şəhər) mərhələsinə fevralın 4-də start veriləcək.

Onun sözlərinə görə, Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır: "Bu il Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə 33 112 şagirdin iştirakı ilə əlaqədar yerlərdən müraciətlər daxil olub. Bu mərhələdə Bakı şəhərindən 6326 şagird, Naxçıvandan isə 652 şagird iştirak edəcək.

Olimpiadaya ən çox şagird - 7387 nəfər Azərbaycan dili və ədəbiyyat fənnindən, 7311 nəfər riyaziyyat fənnindən, ən az şagird isə 721 şagird olmaqla informatika fənnindən qatılacaq".

Brifinqdə qeyd olunub ki, olimpiadada 12 022 nəfər 9-cu sinif şagirdi iştirak edəcək. Onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdləri də var. İştirakçılardan 11 195 nəfər 10-cu, 9895 nəfər isə 11-ci sinif şagirdləridir. Şagirdlərdən 31 326 nəfəri Azərbaycan, 1786 nəfər isə rus bölməsində təhsil alır.

Üç mərhələdən ibarət olacaq olimpiadanın final mərhələsinə hər fəndən ən yaxşı 60 şagird iştirak edəcək. Final mərhələsində iştirak edən şagirdlərin hər birinə olimpiadanın “İştirakçı” sertifikatı təqdim ediləcək. Qaliblər I,II və III dərəcəli diplomlar, müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR