Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Avqust

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Avqust
# 06 avqust 2015 17:13 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Cəmiyyət olaraq çimərlik mövsümünə hazır deyilik. Mövsümə hazırlıq təkcə çimərlik geyimləri almaq demək deyil. İstirahət, üstəlik dəniz kənarında istirahət özü bir mədəniyyətdir. Təəssüf ki, min illərdir Xəzər sahilində yaşasaq da, hələ də dənizlə rəftarımızı qura bilməmişik. Elə buna görə Xəzər hər il onlarla insanı öz qoynuna çəkir, neçə-neçə ailəni gözüyaşlı qoyur. Hər gün səhəri “dənizdə batdı”, “suda boğuldu”, “meyiti sudan çıxarıldı” sonluqla ilə bitən xəbərlərlə başlamaq çox ağırdır. Bu ölüm faktları təkcə insan faciəsi deyil, həm də cəmiyyətin faciəsidir. Mediada aparılan maarifləndirmə işlərinə rəğmən insanların hələ də qadağan olunmuş, nəzarət edilməyən ərazilərdə dənizə girməsi gerçəkdən faciədir. Dalğalı havada, yaxud içkili vəziyyətdə dənizə girmək kimi. Suda boğulma hallarının səbəblərini araşdırdıqda çox sosial məqamlar üzə çıxa bilər. Sahil zolağının çəpərlənməsi, çimərliklərdə pullu xidmətin təşkili, xalq çimərliklərinin olmaması və sair. Buraya inamlardan irəli gələn tale, qismət, qəzavü-qədər kimi anlayışları da əlavə etmək olar. Amma yenə də dənizdə baş verən faciəvi hadisələrdə əsas amil insan faktorudur. Yol qəzalarında olduğu kimi. Görünür doğrudan da, biz cəmiyyət olaraq çox şeyə hazır deyilik...

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR