Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 May
# 21 may 2016 18:05 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ...


NATO-nun Rusiyaya ""soyuq müharibə" istəmirik" mesajı artıq Qərbin Kremli ələ salması təsirini bağışlayır. Çünki "soyuq müharibə" başladığı dövrdən indiyədək davam etməkdədir. 60-70 il əvvələ qayıtmağa ehtiyac yoxdur. SSRİ-nin süqutundan sonra baş verənlərə nəzər salsaq, bunun şahidi oluruq.

Avropanın keçmiş sosialist ölkələrinin, ardınca post-sovet respublikalarının - Baltikyanı Litva, Latviya və Estoniyanın dərhal himayəyə götürülməsi və çox keçmədən alyansa üzv qəbul edilməsi NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması, hətta bu sərhədləri aşması demək idi. Daha sonra isə digər keçmiş sovet respublikaları ilə əlaqələr qurulması, birgə hərbi təlimlər keçirilməsi Şimali Atlantika Blokunun gələcək mühasirə planlarının əsasını təşkil etməyə başladı. Hazırda Gürcüstanda, Ukraynada, Moldovada artıq NATO kontingenti yerləşdirilib.

Bir vaxtlar SSRİ-nin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün bufer zona kimi yaratdığı sosialist Polşasında, Rumıniyada, Bolqarıstanda indi NATO-nun güclü hərbi bazaları, hava hücumundan müdafiə sistemləri qurulur. Vaxtilə alyansa qarşı müqavilə imzalanan Varşavada indi Rusiyanın ehtiyatlandığı NATO-nun genişlənmə iclası keçirilməsinə hazırlıq görülür. Şəxsən mən baş verənlərin fonunda iki sovet filminin adını xatırlayıram. Bütün bunlar "Taleyin ironiyası"dır, yaxud hələ də "Moskva göz yaşlarına inanmır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR