Niderland Krallığının Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - FOTO

Niderland Krallığının Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub  - <span style="color: red;">FOTO
# 07 mart 2013 08:20 (UTC +04:00)

Bakı-APA. Niderland Krallığının Azərbaycandakı səfiri Aryen Peter Uyterlinde Bakı Ali Neft Məktəbində olub. Məktəbin mətbuat xidmətindən APA-ya Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı təhsil ocağında yaradılan infrastruktur ilə tanış edib, ona ali təhsil müəssisəsinin yaranma tarixi, onun qarşısında duran məqsədlər, 2012-ci ildə tələbə qəbulunun nəticələri, tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında məlumat verib. O, qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Stukturunda Ali Məktəbin yaradılmasında məqsəd ölkənin sənaye müəssisələrinin yüksəkixtisaslı mütəxəssislərə ehtiyacını ödəməkdir. 2012-ci ildə fəaliyyətə başlamasına baxmayaraq Ali Məktəb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulunun göstəricilərinə görə tərtib etdiyi reytinq cədvəlində mütləq lider olub.

Ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq haqqında Razılaşma imzalandığını, mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyinə və məzunlara 2 diplom veriləcəyinə diqqəti cəlb edib. Rektor 2012-ci ildə “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə qəbulun həyata keçirildiyini, bu il isə 3-cü, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının açılacağını qeyd edib, Ali Məktəbin Niderland Krallığının texniki ali təhsil müəssisələri və neft-kimya təmayüllü sənaye qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasına ehtiyac olduğunu bildirib.

Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlinde Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində müasir tipli Ali Məktəbin yaradılmasını yüksək qiymətləndirib, ali təhsil ocağının kollektivinə tədrisdə və təhsildə uğurlar diləyib, səfirlik olaraq Bakı Ali Neft Məktəbinin Niderland Krallığının müvafiq təhsil müəssisələri və sənaye qurumları ilə əlaqələrin yaradılmasında köməklik etməyə hazır olduğunu bildirib.

Sonda rektor Elmar Qasımov qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonağı” diplomunu təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR