Novxanının sahilyanı ərazisində ekoloji aksiya təşkil olunub

Novxanının sahilyanı ərazisində ekoloji aksiya təşkil olunub
# 11 iyun 2018 11:10 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyəti , YAP Binəqədi rayon Təşkilatı, Rayon Gənclər və İdman idarəsi və Binəqədi Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novxanı qəsəbəsinin sahilyanı ərazisində ekoloji aksiya təşkil olunub.

İyunun 9-da keçirilən aksiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, RİH Aparatının şöbə müdirləri və əməkdaşları, MKTB, Rayon bələdiyyəsinin əməkdaşları, Gənclər və İdman idarəsinin fəalları, YAP Binəqədi rayon təşkilatının fəalları, Asan könüllüləri və s iştirak edib.

Aksiya zamanı Novxanı qəsəbəsinin sahilyanı ərazisinin bir hissəsi təmizlənib.

Sonda gənclərin iştirakı ilə tort kəsilib, iştirakçılara çay süfrəsi təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR