Ölkədə sulu qar, qar yağıb, bəzi yerlərdə güclü külək əsib - Faktiki hava

Ölkədə sulu qar, qar yağıb, bəzi yerlərdə güclü külək əsib - <span style="color: red;">Faktiki hava
# 15 yanvar 2018 09:28 (UTC +04:00)

Ölkə ərazisində yanvarın 14-ü gündüzdən 15-i səhərədək hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-8, Böyük Qafqazda 1-10, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi-Aran rayonlarında 1-12, Naxçıvan MR-da 2-7, Kiçik Qafqazda 2, Lənkəran-Astara zonasında 1-17 mm olub.

 

Qar örtüyünün hündürlüyü Sarıbaşda 14, Şahdağda 12, Qırız, Kişçayda 10, Şəkidə 9, Altıağac, Xaçmaz, Lerikdə 8, Şərur, Yardımlıda 6, Qusar, Rvarudda 5, Zaqatalada 4, Qəbələ, Oğuz, Şamaxı, Quba, Kəlvəz, Xınalıqda 3, Şahbuz, Daşkəsən, Gədəbəy, İsmayıllı, Xaltan, Göytəpədə 2, Tovuz, Mərəzə, Ağdərə (Ordubad), Tərtərdə 1 sm təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR