Ombudsman Aparatının əməkdaşları 9 saylı cəzaçəkmə müəssisəsində olub

Ombudsman Aparatının əməkdaşları 9 saylı cəzaçəkmə müəssisəsində olub
# 10 iyul 2014 08:57 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan hüquqları üzrə müvəkkilin işgəncələrlə bağlı “qaynar xətt”inə daxil olan müraciətin araşdırılması ilə əlaqədar aparatın əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində olub, məhkum S. Z. ilə görüşüblər. Ombudsman Aparatından APA-ya verilən məlumatına görə, görüş zamanı məhkum cərimə təcridxanasına keçirilməsi ilə bağlı müəssisə rəisinin qərarından narazı olduğunu bildirib.

Araşdırma zamanı məhkumun daxili intizam qaydalarını kobud şəkildə pozduğu üçün 15 gün müddətinə cərimə təcridxanasına keçirildiyi məlum olub. Qəbul zamanı məhkum hazırda müəssisədə ona münasibətdə hər hansı işgəncə və digər qəddar rəftar hallarına yol verilmədiyini, lakin azadlıqdan məhrum edilməsinə dair məhkəmə qərarlarından narazı olduğunu qeyd edib. Görüş zamanı məhkuma cərimə təcridxanasına keçirilməsinə dair qərardan narazı olduğu təqdirdə, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilib.

Başçəkmənin sonunda müəssisə rəhbərliyinə saxlanılma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR