Ombudsman Aparatının əməkdaşları Gəncə şəhər Baş Polis İdarəsində başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları Gəncə şəhər Baş Polis İdarəsində başçəkmə həyata keçiriblər
# 25 may 2015 08:42 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.Başçəkmələr zamanı həmin müəssisələrdə saxlanılan şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb.

Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.

Həmin müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR