Ombudsman UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərini qəbul edib

Ombudsman UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərini qəbul edib
# 11 sentyabr 2014 12:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadzeni qəbul edib. Ombudsman Aparatının mətbuta xidmətindən APA-ya verilən məlumata görə, görüşdə bu qurumun məsul əməkdaşı Ramiz Behbudov da iştirak edib.

Görüşdə müvəkkil gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib.

Ombudsman bir sıra beynəlxalq qurumla birgə əməkdaşlıq üçün cari iş planında regionlardakı Uşaq Yaradıcılıq Mərkəzlərində təlimlərin keçirilməsinin, orta məktəblərdə, uşaq evində və internat məktəblərində uşaqlara qarşı zorakılıq hallarının öyrənilməsi ilə bağlı araşdırmanın aparılmasının, prokurorluq, polis orqanlarının əməkdaşları və Müvəkkilin regional mərkəzlərinin əməkdaşları üçün “Yuvenal ədliyyə aspektində uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlimin və Müvəkkil yanında Milli Preventiv Qrupun üzvləri tərəfindən uşaq müəssisələrinə baxışların keçirilməsinin, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya və BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələr üzrə dəyirmi masaların təşkilinin və bu tədbirlərə vətəndaş cəmiyyətinin ekspertlərinin cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.

Görüşdə habelə gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.

UNİCEF-in ölkə nümayəndəliyinin rəhbəri A. Şilakadze Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını, uşaq hüquqlarının müdafiəsində nailiyyətlər əldə etdiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR