Ötən il Azərbaycanda notariat hərəkətlərin sayı 4,4 milyona çatıb

Ötən il Azərbaycanda notariat hərəkətlərin sayı 4,4 milyona çatıb
# 06 mart 2013 09:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 2012-ci il ərzində Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyət üçün açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin və milli qanunvericiliyin elektron bazasının internet saytına 2072 sənəd daxil edilib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə göndərdiyi 2012-ci il hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, hazırda bazada olan sənədlərin sayı 24900-ə çatıb və il ərzində sayta 129592 başçəkmə qeydə alınıb.

Eyni zamanda ölkədə notariat hərəkətlərin sayı son 10 ildə 3 dəfədən çox artaraq 2012-ci ildə 4,4 milyona çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR