Ötən il Ombudsman Aparatı şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə 365 başçəkmə həyata keçirib

Ötən il Ombudsman Aparatı şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə 365 başçəkmə həyata keçirib
# 26 fevral 2015 13:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2014-cü ildə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupu şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə ümumilikdə 365 başçəkmə həyata keçirib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, plan üzrə 267, plandan kənar isə 98 başçəkmə təşkil olunub.

Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 219, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, o cümlədən həbsxanaya, müalicə müəssisəsinə 112, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasına və Müvəqqəti Saxlanılma Yerinə 3, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 4, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 8, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionatlarına, ahıllar və əlillər üçün internat evlərinə 10, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evinə 4, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 3 başçəkmə həyata keçirilib.

Həmin başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 237, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 1030, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi başqa müəssisələrdə 250-dək saxlanılan şəxslə təklikdə və konfidensial görüşlər keçirilib. Həmçinin bu müəssisələrin 300-dək əməkdaşı ilə fərdi söhbətlər aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR