Öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
# 12 mart 2013 12:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. 2012-ci ildə ikitərəfli razılaşmalar və müxtəlif ölkələrin Azərbaycan vətəndaşlarına ayırdığı təqaüdlər çərçivəsində gənclərin dövlət xətti ilə Türkiyə, Rusiya, Çin, Koreya, Misir, Çexiya və Slovakiya Respublikası ölkələrində müxtəlif pillələr üzrə təhsil almağa göndərilməsi davam etdirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, göndərilən tələbə kontingentinin sayına görə isə Türkiyə və Rusiya ilk sıradadır.

Hazırda Türkiyənin ali məktəblərində dövlət xətti ilə 445 azərbaycanlı gənc təhsil alır. 2012-2013-cü tədris ilində Rusiyanın Azərbaycan vətəndaşları üçün ayırdığı təqaüdlər hesabına bu ölkənin ali məktəblərində müxtəlif pillələr üzrə təhsil almağa daha 21 nəfər azərbaycanlı gənc qəbul olunub ki, onlardan 8 nəfəri Ümumrusiya Azərbaycan Konqresi tərəfindən göndərilib. Hazırda 242 azərbaycanlı gənc Rusiya ali məktəblərində müxtəlif pillələr üzrə dövlət xətti ilə təhsil alırlar.

Çin universitetlərində 2012-2013-cü tədris ilində Təhsil Nazirliyinin xətti ilə 23-ü bakalavr, 3-ü magistratura pilləsində olmaqla 26 nəfər təhsil alır. Magistraturada təhsil alanlar bakalavr təhsilini də Çində başa vurublar. Hazırda Koreyada 1 azərbaycanlı gənc dövlət xətti ilə təhsini davam etdirir. Beləliklə, müxtəlif ölkələrin Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində bu ölkələrin ali məktəblərinin bakalavr, mütəxəssis, magistr, doktorantura, tibdə uzmanlıq və aspirantura səviyyələrində təhsil almağa 719 nəfər Azərbaycan vətəndaşı göndərilib. Hazırda öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində isə 5000-dən artıq tələbə respublikamızdan kənarda təhsilini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR