Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirilib

Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirilib
# 14 iyul 2014 07:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində tərbiyə işinin təşkili sahəsində 2014-cü ilin birinci yarısı ərzindəki fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müşavirədə penitensiar müəssisələrdə tərbiyə işinin təşkilində islah vasitələri və onların tətbiqi üsulları, məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsində, cəzaçəkmə müəssisəsinin növünün yüngülləşdirilməsində obyektivliyin və şəffaflığın təmini, tərtib olunan mülahizələrlə bağlı tələblərə riayət olunması, vurulmuş maddi ziyanın ödənilməsinin təşkilindəki nöqsanlar və onların aradan qaldırılması yolları müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR