Prezident İlham Əliyev Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasında yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasında yaradılan şəraitlə tanış olub
# 10 sentyabr 2014 12:47 (UTC +04:00)

APA – nın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Bildirilib ki, bu təhsil ocağının tikintisinə ötən ilin avqust ayında başlanılıb. Bakı İstedadlar Təhsil Kompleksi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin beynəlmiləl məktəbidir. Məktəbdə təhsil ingilis dilində aparılır. Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası isə Azərbaycan dilində tədris olunur.

1200 şagird üçün nəzərdə tutulan Bakı İstedadlar Təhsil Kompleksində ilk vaxtlarda 600 şagird təhsil alacaq. Kompleksdə təlim-tədris prosesi 3 yaşından başlayaraq məktəbəqədər təhsil, ibtidai təhsil, orta təhsil və ali məktəblərə hazırlıq mərhələlərini əhatə edəcək. Məktəbdə 4 birinci sinif və hər birindən 3 sinif olmaqla, II və VIII sinif şagirdləri ən yüksək səviyyədə təhsil almaq imkanına malik olacaqlar.

Təhsil kompleksindəki 80 nəfərlik yeni tipli uşaq bağçasında da təlim proqramları Azərbaycan və ingilis dillərində tədris olunur. Balacalara dil və riyaziyyatın əsasları yeni üsullarla öyrədilir. Uşaq bağçasının əsas kontingenti 3-4 yaşlı uşaqlardır. 5 yaşlılar isə birinci sinfə hazırlıq kursu keçirlər. Tədris prosesi hər sinifdə 1 müəllim və 1 assistent tərəfindən aparılacaq.

Kompleksdə ümumilikdə 32 əcnəbi və 28 yerli müəllim işləyəcək. Burada təlim-tərbiyə prosesi Britaniya təhsil modeli üzərində qurulduğundan Azərbaycan milli kurrikulumundan bəzi detallar ilə yanaşı, Britaniya milli kurrikulumu-İngiltərə-Uels kurrikulumu da tətbiq olunur. Məktəbdə şagird-müəllim-valideyn interaktiv şəbəkəsi yaradılıb.

Bakı İstedadlar Təhsil Kompleksi təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan, yüksək intellektual qabiliyyətə və parlaq istedada malik uşaqların aşkara çıxarılması, onlara müasir standartlar səviyyəsində bilik və bacarıqların aşılanması üçün nəzərdə tutulmuş yeni tipli təhsil müəssisəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR