Prezident İlham Əliyev Bakının Şağan qəsəbəsindəki 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib - FOTOSESSİYA - VİDEO

Prezident İlham Əliyev Bakının Şağan qəsəbəsindəki 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 sentyabr 2014 08:18 (UTC +04:00)

APA – nın məlumatına görə, dövlət başçısı əvvəlcə məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

Sonra Azərbaycan prezidenti və xanımı məktəbin yeni binasında yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, məktəbin 1961-ci ildə inşa edilmiş əvvəlki binası istifadəyə yararsız vəziyyətdə olub. Yeni tikilən 1560 şagird yerlik binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edib.

Məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısına minnətdarlıqlarını çatdırıblar. Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR