Qazax Peşə Liseyinin adı dəyişdirilib

Qazax Peşə Liseyinin adı dəyişdirilib
# 25 iyun 2015 10:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik ilk peşə-ixtisas təhsili müəssisələri ilə bağlıdır. Dəyişikliyə əsasən, Qazax Peşə Liseyi “Vüqar İdris oğlu Süleymanov adına Qazax Peşə Liseyi” adlandırılıb.

Nazirlər Kabineti “Peşə məktəbi və peşə liseyi statusu verilən təhsil müəssisələrinin Siyahısı"”nda da müvafiq dəyişiklik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR