Qəbələdə arxeoloqlar ilk dəmir dövrünə aid materiallar aşkar edib

Qəbələdə arxeoloqlar ilk dəmir dövrünə aid materiallar aşkar edib
# 13 avqust 2015 12:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Qəbələdə növbəti dəfə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən arxeoloji tədqiqatlar aparılır. AMEA-dan APA-ya verilən xəbərə görə, Qəbələ şəhərinin ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə aparılan arxeoloji qazıntılar zamanı yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Qazıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə Çuxur Qəbələnin Səlbir və Güllütəpə adlanan ərazisində aparılıb.

İ. Babayevin bildirdiyinə görə, tədqiqatlar nəticəsində ən çox diqqəti cəlb edən onlarla küpdən ibarət taxıl anbarının və ilk dəmir dövrünə aid materialların aşkar olunmasıdır.

Əldə olunan yeni eksponatlar Qəbələ Arxeoloji Mərkəzində ən müasir texnologiyalarla təchiz edilmiş laboratoriyalarda bərpa olunduqdan sonra nümayiş etdiriləcək.

Qeyd edək ki, arxeoloji qazıntılar zamanı əldə olunan 2 minə yaxın eksponat Arxeoloji Mərkəzdə sərgidə nümayiş etdirilir.

Bütün eksponatlar haqqında dövri hesabatlar və tapıntı kitabları nəşr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR