Quba-Xınalıq yolunda qar uçqunu olub

Quba-Xınalıq yolunda qar uçqunu olub
# 16 dekabr 2016 10:12 (UTC +04:00)

Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda qar uçqunu baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, uçqun yolun 36-cı kilometrliyində qeydə alınıb. Bu səbəbdən yolda hərəkət 20 dəqiqə məhdudlaşıb.

“Azəravtoyol” ASC-nin yerli idarəsinin növbətçi briqadası əraziyə cəlb olunub. Qısa müddətdə yolda hərəkəti bərpa etmək mümkün olub.

Hazırda ərazidə külək müşahidə olunduğu üçün yenidən qar uçqunlarının olma ehtimalı qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR