Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şabranda vətəndaşlarla görüşəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şabranda vətəndaşlarla görüşəcək
# 12 avqust 2013 10:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun avqust ayının 17-də saat 10:00-da Şabran rayonunda (Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaq xahiş olunur.

Eyni zamanda görüşə gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR