Rabitə və yüksək texnologiyalar naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Yevlaxda vətəndaşları qəbul edəcək
# 17 iyun 2015 13:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iyun ayının 19-da vətəndaş qəbulu keçiriləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qəbul saat 11:00-da Yevlax rayonunda (Yevlax, Bərdə, Tərtər, Ağdam, Xocalı) təşkil olunacaq.

Nazir əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı telefonlara zəng etmələri xahiş olunur.

Yevlax rayonunda 336-71-00

Bərdə rayonunda 205-15-15

Tərtər rayonunda 236-15-54

Ağdam rayonunda 325-05-78

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR