Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Livermol Beynəlxalq Laboratoriyası arasında protokol imzalanacaq

Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Livermol Beynəlxalq Laboratoriyası arasında protokol imzalanacaq
# 28 avqust 2013 16:29 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Azərbaycanda səfərdə olan ABŞ Enerji Departamentinin Livermol Beynəlxalq Laboratoriyasının nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA RSXM-nin Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli, AMEA-nın Beynəlxalq şöbəsinin müdiri, professor Ədalət Həsənov, RSXM-in Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, ABŞ Enerji Departamentinin proqram meneceri Stefan Hersoq, Livermol Beynəlxalq Laboratoriyasının əməkdaşları Rengin Gök və Robert Mellors iştirak ediblər.

İ. Həbibbəyli bildirib ki, bu gün Azərbaycan ərazisində Respublika Seysmoloji Xidmət Mərkəzinin ən müasir seysmik stansiyaları fəaliyyət göstərir: “Stansiyalar şəbəkəsi genişlənir. Texniki avadanlıqların yenilənməsi ilə yanaşı, seysmologiya elmi də inkişaf edir. Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları seysmologiya elminin öyrənilməsi sahəsində də mühüm nəticələr əldə edirlər”.

ABŞ Enerji Departamentinin proqram meneceri Stefan Hersoq isə bildirib ki, Azərbaycan onların əməkdaşlıq etmək istədiyi ölkədir: “Livermol Beynəlxalq Laboratoriyasının Azərbaycanda həyata keçirmək istədiyi layihələr ABŞ Enerji departamenti tərəfindən dəstəkləyir.Nümayəndə heyətinin tərkibində Bakıya gələn ABŞ alimləri Azərbaycanın seysmik vəziyyəti ilə tanışdırlar”.

Livermol Beynəlxalq Laboratoriyasının əməkdaşı, professor Robert Mellors isə Azərbaycanda seysmologiya elminin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb: "Sizdə həm texniki imkanlar yüksək səviyyədədir, həm də Seysmoloji Mərkəzdə yaxşı kadr potensialı var. Burdakı əməkdaşlar öz işlərini çox yaxşı bilirlər".

Müzakirələr zamanı AMEA RSXM-lə ABŞ Livermol Beynəlxalq laboratoriyası arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsinə dair razılıq əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR