Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 17 may 2013 13:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ölkə ərazisində bəzi yerlərdə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində 7-31 sm intervalında artım müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-120, Kiçik Qafqazın çaylarında 40-70, Naxçıvan Muxtar Respublikası çaylarında isə normanın 10 faizini təşkil edir. Mayın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 382 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. Mayın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 28 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 152 m3/s olmaqla, ongünlük normanın 75 faizi qədərini təşkil edir.

Mayın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində və Şirvanda 6 sm, Salyanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR