Rezidenturanın boş qalan yerlərinə aparılan əlavə qəbul başa çatıb

Rezidenturanın boş qalan yerlərinə aparılan əlavə qəbul başa çatıb
# 25 sentyabr 2013 14:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2013/2014-cü tədris ili üçün rezidenturanın boş qalan yerlərinə aparılan əlavə qəbul başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 24 sentyabr saat 14:00-dan 25 sentyabr saat 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə TQDK-ya müraciət ediblər.

Qeyd edək ki, TQDK-nın yaydığı məlumatda bildirilib kİ, komissiya tərəfindən 2013/2014-cü tədris ili üçün rezidentura səviyyəsinə keçirilən müsabiqə nəticəsində 528 plan yerinə 504 nəfər namizəd qəbul olub. Qəbul olanlardan 496 namizəd qeydiyyatdan keçib və nəticədə 31 plan yeri boş qalıb. Digər ixtisaslar üzrə plan yerləri tam dolub. Boş qalan plan yerlərindən 10-u Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə aid olan ixtisaslardır. Bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək hüququ olan heç bir namizəd olmadığı üçün həmin ixtisaslar müsabiqəyə təqdim olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR