Rezidenturaya qəbul olmaq istəyən namizədlərə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb

Rezidenturaya qəbul olmaq istəyən namizədlərə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb
# 02 sentyabr 2013 11:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən rezidentura səviyyəsinə qəbul olmaq istəyən namizədlərə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olmaq üçün 1297 nəfər sənəd verib. Bu il rezidenturada təhsili almaq istəyənlər üçün 40 ixtisas üzrə 508 plan yeri ayrılıb. Rezidentura təhsilinin təşkili üçün isə 37 baza tibb müəssisəsi müəyyənləşdirilib.

Rezidenturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. İmtahanların birinci mərhələsi sentyabrın 9-da, ikinci mərhələsi isə 10-da təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR