Sabah Azərbaycan ərazisində güclü külək əsəcək - VİDEO

Sabah Azərbaycan ərazisində güclü külək əsəcək - <span style="color: red;">VİDEO
# 12 sentyabr 2014 09:50 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi əsəcək və güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gün ərzində 45-55, axşam və gecə 70-80 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 24-25, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sentyabrın 13-də hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Məlumatda o da bildirilir ki, sentyabrın 12-si axşamdan 14-ü axşamadək Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR