Sabah Azərbaycanda 150 həkim 100 vakant yer uğrunda mübarizə aparacaq

Sabah Azərbaycanda 150 həkim 100 vakant yer uğrunda mübarizə aparacaq
# 27 mart 2013 12:29 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, Azərbaycanda ilk dəfə olaraq keçiriləcək həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan 2 gün təşkil olunacaq. Onun sözlərinə görə, ilk imtahan sabah-martın 28-də, digər isə aprelin 2-də keçiriləcək: “Təklif olunub ki, işə qəbul müvafiq qruplar üzrə bölünərək təşkil olunsun. Buna əsasən də həkimlərin işə qəbulu müvafiq qruplar üzrə 2 gün keçiriləcək. İmtahanın əsas hissəsi sabah keçiriləcək, digər qruplar isə aprelin 2-də imtahan verəcək. Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər ki, bunun 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. İmtahanın nəticəsi qısa müddət ərzində açıqlanacaq. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR