Şahin Mustafayev: “Ölkədə dərman qıtlığı yoxdur”

Şahin Mustafayev: “Ölkədə dərman qıtlığı yoxdur”
# 15 sentyabr 2015 07:53 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu iqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib. Ş. Mustafayev bildirib ki, mövcud qanunvericiliyə əsasən, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra istənilən ölkədə istehsal olunan dərman vasitəsi Azərbaycana idxal oluna bilər: “Onu da qeyd edim ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkəyə idxal olunan dərman vasitələrinin həcmində artım müşahidə edilir və ölkədə dərman qıtlığı yoxdur”.

Nazir deyib ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında əczaçılıq məhsullarının istehsalının təşkili məqsədi ilə dünyada bu sahədə tanınmış şirkətlərlə danışıqlar aparılır və bu istiqamətdə tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR