SAM-ın direktor müavini Tiflisdə səfərdədir

SAM-ın direktor müavini Tiflisdə səfərdədir
# 14 mart 2013 07:59 (UTC +04:00)

Bakı – APA. Martın 14-15-də Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva “Münaqişələr çərçivəsində birləşən qadınlar: BMT Təhlükəsizlik Şurasının 1325, 1820, 1888, 1889 saylı qətnamələrinin həyata keçirilməsinə dair məsuliyyətin yaradılması” mövzusunda kross-regional proqram üzrə yekun konfransda iştirak və çıxış etmək məqsədilə Tiflis (Gürcüstan) şəhərinə səfər etmişdir.

SAM-dan APA-ya verilən məlumata görə, BMT-nin Qadınların Gender Bərabərliyi və Hüquqları təşkilatı tərəfindən keçirilən proqram 4 istiqamətdə - qadın milli fəaliyyət planının inkişaf etdirilməsi, sülh və təhlükəsizlik, genderin təhlükəsizlik sektoruna daxil etmək, cinsi zorakılıq qurbanlarına müdafiə və yardımın gücləndirilməsi və qadın hüquqlarının və sülh dialoqlarda qadınların iştirakının təşviqi sahələrində mühüm irəliləyiş etmiş və əhəmiyyətli nəticələr əldə edib.

BMT Qadın proqramının əsas məqsədi təcrübə mübadiləsi, proqramın bütün istiqamətlərində öyrənilmiş dərslərdən ölkələrin milli səviyyədə faydalanması imkanının yaradılması və proqramın ikinci mərhələsində nəzərdə tutulmuş tədbirlər üçün strategiyaların təsdiq olunmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR