Səfir: “İndiyədək İranda xəstəxana xərclərini ödəyə bilməyən Azərbaycan vətəndaşlarına hansısa problem yaradılmayıb”

Səfir: “İndiyədək İranda xəstəxana xərclərini ödəyə bilməyən Azərbaycan vətəndaşlarına hansısa problem yaradılmayıb”
# 14 avqust 2013 10:10 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, səfir bildirib ki, dünyanın ən inkişaf etmiş və bütün avadanlıqlarla təchiz olunmuş xəstəxanalarında belə bəzi xəstələrin vəfat etməsi həmin xəstəxanaların funksiyalarını itirdiyi mənasını vermir: “İranla Azərbaycan əlaqələrini davamlı pozmaq istəyən bir sıra mətbuat orqanı Azərbaycan xalqının müalicə məqsədilə İrana getmələri mövzusunda öz məlumatlarını yeniləməsi və düzəltməsi lazımdır. Bütün bunlar doğru deyil və əxlaq qanunlarına ziddir. Dünyanın bütün xəstəxanalarında da xəstələrdən bir çoxu həyatını itirir. Görəsən, bu, həmin xəstəxanaların kafi olmadığınımı göstərir? Ona görə də Azərbaycan mətbuatını insaflı və doğru olmağa dəvət edirəm”.

Səfir Təbriz şəhərindəki Şəhid Mədəni xəstəxanasında ailəsi tərəfindən məsrəfləri ödənmədiyi üçün bir azərbaycanlı uşağın xəstəxana rəhbərliyi tərəfindən girov tutulması ilə bağlı xəbərləri də təkzib edib: “Azərbaycan vətəndaşlarının əksəriyyəti hazırda çox asan şərtlərlə İranın qabiliyyətli mütəxəssisləri və müalicə imkanlarından faydalanırlar. Ancaq bir sıra mətbu orqanı və şəxslərin iranlı həkimlərə təşəkkür etmək əvəzinə, qərəzli mövqe nümayiş etdirməsi və bəzi iddialar irəli sürülməsi təəssüfvericidir. Hazırda azərbaycanlı xəstə uşaq şəxsən iranlı həkimlərin xüsusi səyi ilə Təbriz xəstəxanasının uşaq xəstəlikləri bölməsinin xüsusi hissəsinə köçürülüb və burada xüsusi müalicə olunur”.

Möhsün Pak Ayin Azərbaycan mətbuatından təşəkkür gözləmədiklərini də vurğulayıb: “Ancaq Azərbaycan Səhiyyə Nazirliyinin səlahiyyətlilərinin bu kimi yalan və qərəzli xəbərlərin səbəb olacağı zərərlərin qarşısının alınması üçün hər şeydən əvvəl İran səfirliyi və ölkəmizin müvafiq səhiyyə müəssisələri ilə təmasa keçərək, hadisənin əslini öyrənmələri və bundan sonra lazımi mövqe ortaya qoymaları daha məqbul olardı. Çünki indiyədək İran səhiyyə müəssisələrində xəstəxana xərclərini ödəyə bilməməsi səbəbindən Azərbaycan vətəndaşlarına hansısa bir problem çıxarılmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR