Səfir: "ABŞ kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə Azərbaycana 26 milyon dollarlıq yardım edib"

Səfir: "ABŞ kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə Azərbaycana 26 milyon dollarlıq yardım edib"
# 30 oktyabr 2017 07:15 (UTC +04:00)

ABŞ və Azərbaycan sərhəd xidmətləri kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı 1999-cu ildən etibarən birgə əməkdaşlıq edir.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

Səfir deyib ki, bu müddət ərzində ABŞ sərhəd xidməti Azərbaycana 26 milyon dollardan çox avadanlıq və təlim şəkilində köməklik göstərib:"Məqsədimiz sərhədlərini daha etibarlı qorumaqda Azərbaycana kömək etməkdir".

"Ticarət əlaqələrinin inkişafı üçün sərhədlər açıq olmalıdır, amma kütləvi qırğın, bioloji və kimyəvi silahların qaçaqmalçılığı ilə məşğul olan pis niyyətli insanlara qarşı ayıq-sayıq olmalıyıq", - deyə diplomat əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR