Səhiyyə Nazirliyi Bakıda özəl klinikanın bağlanması məsələsinə rəsmi münasibət bildirib

Səhiyyə Nazirliyi Bakıda özəl klinikanın bağlanması məsələsinə rəsmi münasibət bildirib
# 24 iyul 2014 15:06 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, özəl klinikanın lisenziyası bitdiyi üçün onun fəaliyyəti dayandırılıb.

A. Qədirli qeyd edib ki, klinikanın fəaliyyətini davam etdirməsi üçün yenidən Səhiyyə Nazirliyinə müraciət edilib və hazırda sənədləşmə gedir: “Təkrar lisenziya almaq üçün müəyyən prossedurlar həyata keçirilməlidir. Bu müddətdə klinikaya baxış keçiriləcək, məsələyə müvafiq komissiyada baxılacaq. Bu proseslər təxminən 2 həftəyə qədər davam edir. Klinikanın fəaliyyətində hansısa qüsurlar olarsa, lisenziyanın verilməsi uzana bilər. Çünki onlara qüsurların aradan qaldırılması üçün əlavə vaxt verilir. Qüsurların aradan qaldırılması artıq klinikadan asılıdır. Həmin qüsurlar 1 ilə də, 2 günə də götürə bilər. Klinikanın bu vaxta kimi olan fəaliyyətindən asılı olaraq yenidən lisenziyanın verilməsi məsələsinə baxılandan sonra müvafiq qərar veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR