Səhiyyə Nazirliyi müxtəlif ölkələrdə ixtisasartırma kursları təşkil edir

Səhiyyə Nazirliyi müxtəlif ölkələrdə ixtisasartırma kursları təşkil edir
# 28 mart 2013 11:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi tərəfindən səhiyyənin prioritet sahələri üzrə gənc tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədilə ixtisasartırma kursları təşkil olunur. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, 2013-cü il ərzində kursların təşkili əsasən Türkiyənin, Almaniyanın və s. ölkələrin aparıcı klinikalarında həyata keçiriləcək.

Kurslarda müxtəlif ixtisaslar üzrə 45 yaşadək 3 il iş stajı və xarici dillərə (ingilis, alman, türk və rus) yiyələnmiş mütəxəssislər iştirak edə bilər. Bakı şəhəri üzrə dövlət xəstəxanalarında, habelə bölgələr üzrə perinatal mərkəzlərdə və mərkəzi rayon xəstəxanalarında işləyən mütəxəssislər müraciət edə bilərlər. Müraciətlər 1 aprel - 1 may 2013-cü il tarixlərində Səhiyyə Nazirliyinin 246 nömrəli otağında qəbul olunur. Kurslarda iştirak etmək istəyənlər kadrların şəxsi uçot vərəqəsi, 1 şəkil (3x4), Tibb Universitetinin diplomunun, internatura haqqında şəhadətnamənin, Əmək Kitabçasının və Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunun və digər təkmilləşdirmə kurslarının şəhadətnaməsinin sürətlərini təqdim etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR