Şəkidə əhalinin tibbi müayinəsi keçirilib

Şəkidə əhalinin tibbi müayinəsi keçirilib
# 23 fevral 2018 10:56 (UTC +04:00)

Bakıdan gəlmiş yüksək ixtisaslı həkimlərin iştirakı ilə Şəkidə əhalinin tibbi müayinəsi keçirilib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bununla bağlı təşkil edilmiş mətbuat konfransında bildirilib ki, ötən il profilaktik tibbi müayinələrə ölkə üzrə 18 yaşdan yuxarı 5 499 863 nəfər cəlb edilib.

Onlardan 68 427 nəfər dispanser nəzarətinə götürülüb, 233 458 nəfər sağlamlaşdırılıb, 27 059 nəfər hospitalizasiya olunub, 2 041 388 nəfəri isə əlavə müayinələrə cəlb edilib.

Müayinələrlə bağlı yaradılmış 4 yüksək ixtisaslı həkim briqadası mərkəzləşdirilmiş 8 regiona iki həftədən bir səfərlər edir. Əsas məqsəd müayinələrdə iştirak edərək aşkarlanan ağır xəstələrə yerindəcə tibbi yardım etməkdir. Əgər xəstənin rayonlarda müalicəsi mümkün olmasa, onun Bakı şəhərində müvafiq xəstəxanaya göndərilməsi təmin olunacaq.

Brifinq zamanı Qax, Şəki və Oğuz xəstəxanalarının baş həkimləri müayinələrin gedişatı ilə bağlı məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR