Səlim Müslümov: “Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 mln. 794 min nəfərə, məşğul əhalinin sayı isə 4 mln. 556 min nəfərə çatıb”

Səlim Müslümov: “Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 mln. 794 min nəfərə, məşğul əhalinin sayı isə 4 mln. 556 min nəfərə çatıb”
# 11 iyul 2014 10:26 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

İlin əvvəlində 200 peşə standartı hazırlanaraq sahibkarların istifadəsinə verildiyini bildirən nazir, bu prosesin davam etdirilməsi və müxtəlif sahələrə aid 5 mindən çox peşə standartının hazırlanmasının nəzərdə tutulduğunu deyib.

“2014-cü ilin birinci yarısında respublika üzrə orta hesabla 128 min ailənin 560 min nəfər üzvünə ünvanlı sosial yardım verilib. Bu yardımların maliyyələşdirilməsinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12% çox vəsait xərclənib. Bu ilin ilk yarısında 18 262 nəfər müharibə əlilinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların təqaüdləri qaldırılıb. Bütövlükdə, bu ilin aprel ayından 86 452 nəfər şəxsin müavinəti və təqaüdü artırılıb ki, bu artımların maliyyələşdirilməsinə hər ay əlavə olaraq 2,1 mln. manat vəsait yönəldilir. 2014-cü ilin ilk yarısında sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə dövlət büdcəsindən 145,6 mln. manat vəsait xərclənib”, - deyə S.Müslümov bildirib.

Nazir qeyd edib ki, ilin ötən dövrü ərzində 677 nəfər Qarabağ müharibəsi əlilinə, 323 nəfər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxslərə, ümumilikdə isə 1000 nəfərə minik avtomobili verilib. Bu prosesin avqust ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

“118 nəfər imtiyazlı şəxsə nazirliyin sifarişi ilə inşa edilmiş yaşayış binalarında mənzillər verilib. Ötən 6 ay ərzində tibbi-sosial ekspert komissiyalarına ilkin əlillik üçün 21 720 nəfər müraciət edib və bu şəxslərdən 17 160 nəfəri (79%-i) əlil hesab edilib ki, bunlardan da 78,6 %-i (13 488 nəfər) ağır dərəcəli əlillər olub. Təkrar müayinə edilmiş 107 min nəfərdən 4 min nəfəri (3,7%-i) reabilitasiya olunub. Bu da əvvəlki ilin nəticəsindən 2 dəfə yuxarıdır”, - deyə S.Müslümov qeyd edib.

Onun sözlərinə görə, hesabat dövründə tibbi göstərişi olan əlillərə 412 əlil arabası verilib. İxtisaslaşmış müalicəyə ehtiyacı olan 76 nəfər əlil və 85 nəfər sağlamlıq imkanları məhdud uşaq respublikadan kənarda sanatoriya müalicəsi alıb. Eyni zamanda respublikada əlillərin bərpası ilə məşğul olan 14 mərkəzdə 3608 nəfər əlil müalicə kursu keçib.

Ötən müddətdə fəaliyyətində qanun pozuntularına yol verənlərə toxunan nazir əlavə edib ki, 280 nəfər tutduğu vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR