Səttar Mehbalıyev: “Sahə həmkarlar ittifaqları üçün istirahət mərkəzləri yaradılır”

Səttar Mehbalıyev: “Sahə həmkarlar ittifaqları üçün istirahət mərkəzləri yaradılır”
# 27 avqust 2013 09:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Sahə həmkarlar ittifaqları ilə nazirliklər arasında kollektiv müqavilələrin bağlanması ilə əlaqədar işçilərin sanatoriyalarda dincəlməsi halları daha da artıb”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

O bildirib ki, AHİK-lı Təhsil Nazirliyi arasında imzalanmış müqavilə əsasında müəllimlərin iş şəraitinin yaxşılaşdırılması, təhlükəsiz əmək şəraitində işlənməsi təmin olunur: “Bundan sonra da nəinki müəllimlərin, bütün sahələr üzrə bütün bunlara əməl olunmasına nail olmağa çalışırıq. Araşdırmalar aparırıq. Sahə həmkarlar ittifaqlar ilə nazirliklər arasında bağlanmış müqavilələrə nəzarət edirik. İşə götürənlər kollektiv müqavilədə yazılan öhdəliklərin yerinə yetirilməsi bağlı həmkarlar təşkilatlarına vəsait ödəyir”.

AHİK sədri qeyd edib ki, Həmkarlar İttifaqının öz hesabına da işçilərin istirahəti təmin olunur: “Ümumilikdə isə ölkə üzrə bu il 200 minə yaxın işçinin istirahət mərkəzində 5-6, 10-20 günlük istirahətlə təmin olunub. Həmkarlar İttifaqı öz sahə həmkarlar ittifaqı üçün mülkiyyət hüququ olan istirahət mərkəzi yaradır. Bu mərkəzlər rabitə işçiləri, dəmiryolçular və digər dövlət idarələrində çalışan işçilərin öz vəsaiti hesabına tikilib. Tibb işçiləri üçün həmkarlar ittifaqı tərəfindən Qubada istirahət mərkəzi yaradılıb. Təhsil işçiləri üçün 266 nəfərlik istirahət mərkəzi tikilib istifadəyə verilib”.

S. Mehbalıyev onu da vurğulayıb ki, AHİK tərəfindən kollektivlərdə əməyin mühafizəsinə gündəlik nəzarət olunur: “Əmək müfəttişləri birbaşa bu işlə məşğul olurlar, şikayətləri yerlərdə təhlil edirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR