Son 2 ayda “ASAN xidmət” mərkəzinə 32754 vətəndaş müraciət edib

Son 2 ayda “ASAN xidmət” mərkəzinə 32754 vətəndaş müraciət edib
# 18 mart 2013 10:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinə 15 yanvar tarixindən mart ayının 17-nə kimi (60 gün ərzində) 32754 vətəndaş müraciət edib. Dövlət agentliyindən APA-ya verilən xəbərə görə, müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar sayca üstünlük təşkil edib.

Qeyd edək ki, hazırda 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Binəqədi, Nərimanov və Nəsimi rayon sakinlərinə 9 dövlət orqanı üzrə 23 xidmət göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR