Strasburqda Penitensiar sahədə əməkdaşlıq üzrə Şuranın 3-cü plenar iclası keçirilib

Strasburqda Penitensiar sahədə əməkdaşlıq üzrə Şuranın  3-cü plenar iclası keçirilib
# 13 mart 2013 15:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Fransanın Strasburq şəhərində Penitensiar sahədə əməkdaşlıq üzrə Şuranın (PC-CP) 3-cü plenar iclası keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, budəfəki iclas yetkinlik yaşına çatmayan məhkumlara qarşı zorakılıq və pis rəftar hallarının qarşısının alınması mövzusuna həsr olunub.

Tədbirdə 47 dövlətin nümayəndəsi iştirak edib. Azərbaycanı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əməliyyat-rejim idarəsinin əməliyyat şöbəsinin əməliyyat müvəkkili, ədliyyə mayoru Namir Quliyev təmsil dib.

Tədbirdə eyni zamanda həbs qətimkan tədbirinə alternativ olaraq bir çox dövlətlərdə cinayət törətməkdə təqsirləndirilən şəxslərə elektron izləyici vasitələrin (GPS “bilərziklər”) tətbiq olunması diqqətə çatdırılıb, bu praktikanın humanizm prinsiplərinə əsaslanması və şəxsin cəmiyyətdən təcrid olunmamasında mühüm amil kimi qiymətləndirilib. Həbsxana personalının davranışında tabeçilik, insan ləyaqətinə hörmət, qadınlara, yetkinlik yaşına çatmayanlara, əlil məhkumlara və əcnəbilərə xüsusi münasibət göstərilməsi, ədalətlilik, diskriminasiyaya yol verməmək, əməkdaşlıq, konfidensiallıq və informasiyanın qorunması da prinsiplər olaraq qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR